`Dostum Putinlə...` - Ərdoğan


23:07     10 Mart 2017 erdogan%20basssagliqi.PNG

”Bu gün Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında dostum Putinlə regional problemləri də müzakirə edəcəyik”.


Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kremldə Vladimir Putinlə keçirdiyi görüşdə bildirib. O deyib ki, VI Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında ikitərəfli münasibətlərə dair məsələlərlə yanaşı, regional problemlərin həlli yolları da müzakirə olunacaq: "Regional problemlərin müzakirəsi Türkiyə və Rusiyanın regionda təsir gücün artmasına yardımçı olacaq".

Türkiyə prezidenti iki ölkə arasında “Türk axını” qaz kəməri və Akkuyu AES-nin tikintisi ilə bağlı qarşılıqlı fəaliyyətin inkişaf etdiyini vurğulayıb: "Bugünkü gündə iki ölkə arasında əməkdaşlığın əsas elementləri sənaye və energetikadır. Moskva və Ankaranın bu sahədəki qarşılıqlı fəaliyyəti və eləcə də bir sıra digər məsələlər danışıqlar zamanı müzakirə olunacaq".

Femida.az

Açar sözlər:

Oxunub: 895